"Qazaxıstanda baş verən hadisələrdə terror təşkilatı FETÖ-nün barmağı var" - Rusiyalı deputat

12:00 07.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Qazaxıstanda baş verən qanlı hadisələrdə terror təşkilatı FETÖ-nün barmağı ola bilər. Xüsusilə də, fərqli şəhərlərdə baş qaldıran itaətsizliklərdə məhz FETÖ məktəblərini bitirmiş insanların fəallıq göstərdiyi diqqət çəkir".

Hafta.az-ın yazdığına görə, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Ruslan Balbek səsləndirib. Balbek bildirib ki, FETÖ yaxın keçmişdə də bu ölkədə yaşanan aksiyalarda fəallıq göstərib və bütün bunlar nəzərə alınmalıdır. Xüsusilə də, FETÖ-nün İŞİD-lə bağlantısı araşdırılmalıdr. 

Qeyd edək ki, hazırda Qazaxıstanda FETÖ-yə məxsus 53 şirkət, 8 dərnək və 27 məktəb fəaliyyət göstərir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ 2018-ci ildə keçmiş prezident Nursultan Nazarbayevlə görüşü zamanı Qazaxıstanın gələcəkdə hər cür təhlükəylə üzləşəcəyinə dair xəbərdar etmişdi... 

Siyasət rubrikasından digər xəbərlər